BURUN ÇƏPƏR ƏYRİLİYİNİN NƏDİR?

BURUN ÇƏPƏR ƏYRİLİYİNİN NƏDİR?

Burun arakəsməsi burun boşluğunu ortadan ikiyə bölən bir divardır. Septumun ön hissəsi sağlam ancaq büküləbilən qığırdaqdan, arxa hissəsi isə sümükdən ibarətdir. Normal halda septumun orta xəttə olması sağ və sol burun boşluqlarının eyni genişlikdə olması gərəklidir.  İnsanların 80%-ində septum tam olaraq orta xəttə deyil və bu hər hansı bir şikayətə səbəb olmadığı kimi sağlıq problemi də yaratmır.  Bəzən septum orta xəttən çox kənarlaşmış olur və buna burun çəpər əyriliyi deyilir. Burun çəpər əyriliyinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Nadir hallarda uşaqlar anadangəlmə burun çəpər əyriliyi ilə doğulurlar. Bəzən də septum uşağın doğum kanalından keçmə zamanı əyilir. Burun çəpər əyriliyi böyümə dövründə sümük və qığırdaq hissələrinin fərqli sürətlə inkişafı nəticəsində meydana çıxa bilər.

Burun çəpər əyriliyinin əlamətləri nələrdir?

Burun çəpər əyriliyinin ən çox rast gəlinən əlamətləri nəfəsalma zəifliyidir. Burun tutqunluğu əsasən septumun əyri olduğu tərəfədir, ancaq hər iki tərəfdə dəyişkən nəfəsalma çətinliyi hiss edilə bilər.Çəpər əyriliyi aşağıdakı problemlərə səbəb ola bilər:

  1. Tək və ya ikitərəfli burun tutkunluğu
  2. Təkrarlanan burun qanaxmaları
  3. Təkrarlanan sinusit
  4.  Bəzən üz bölgəsində  ağrı, baş ağrısı, gəniz axıntısı
  5. Yuxuda səsli nəfəsalma (əsasən uşaqlarda)

Yüngül dərəcəli burun çəpər əyriliyi olan bəzi şəxslərdə əlamətlər ancaq soyuqdəymə zamanı meydana çıxır.

SEPTUM ƏYRİLİYİNƏ YÖNƏLİK ƏMƏLİYYATLAR

Əməliyyat qərara alınarkən burnun müayinə görüntüləri qədər xəstənin şikayətləri və burun tutqunluğunun xəstənin həyat keyfiyyəti  üzərindəki mənfi təsiri göz önünə alınmalıdır. Burun kökünə yaxın olmayan septumun ön yarısını tutan qığırdaq hissədə dərin deformasiya olmayan əyriliklərdə burun dəliklərindən olunan 20-30 dəqiqəyə qədər standart əməliyyatlarla uğurlu nəticələr əldə olunur. Deyilən problemlərin mövcudluğunda eyni zamanda estetik müdaxilə də tələb olunarsa “açıq texniki cərrahiyyə” icra olunur. Müasir dövrdə inkişaf edən əməliyyat texnikası sayəsində deviasiya və estetik burun.