ESTETİK BURUN ƏMƏLİYYATI NƏDİR?
Burun üz estetikasının ən vacib hissəsidir. Burun estetikası əməliyyatı üz estetikasını xüsusi anlamda dəyişərək daha gözəl görünməsinə hədəflənməkdir.
Estetik burun əməliyyatı: insanın üz,dəri,qığırdaq və burun anatomiyasına görə planlaşdırılır və hədəf burun skleti ilə ətraf toxumaları yenidən düzəldərək insanın üzünə uyğun hala gətirməkdir. Heç bir burun bir-birinə bənzəməz, qısaca olaraq, edilən işlər də bir-birindən fərqli ola bilər.
Burun estetikası etdirən şəxsə kosmetik tərəfdən yardım etməklə bərabər burnun normal funksiyasını qorumaq da cox vacibdir. Çünki burnun tənəffüs sistemində önəmli olan nəfəsalma funksiyasını pozmamaq vacib şərtdir. Bu səbəbdən rinoplastika həkimin bacarığı və təcrübəsi ilə bağlı estetik əməliyyatdır.
Əməliyyat mühiti:
Burun estetik əməliyyatı mütləq xəstəxana mühitində lokal ya da ümumi anesteziya ilə edilir.Sümük inkişaf yaşını tamamlamış və əlavə xəstəliyi olmayan hərkəsə rinoplastika əməliyyatı icra edilə bilir.
Yaş həddi qızlarda 16-17, oğlanlarda 17-18-dir. Əməliyyat zamanı ediləcək texnikaya görə təxmini vaxt 1-3 saata qədərdir. Rinoplastika əməliyyatı açıq və bağlı texnika ilə edilir. Əməliyyatın hansı texnika ilə ediləcəyi xəstə və cərrah ünsiyyəti ilə və cərrahın insanın vəziyyətinə görə seçimi ilə bağlıdır.Əməliyyatdan sonra burun içinə tampon qoyulmaya bilər, tamponun vacib olduğu mərhələlərdə də xəstənin rahat nəfəs ala biləcəyi silikonlardan istifadə edilir. Beləcə, xəstə əməliyyatdan sonra nəfəs almaqda çətinlik çəkmir.
Əməliyyatdan əvvəl xəstənin istəklərini bilməyin həkim üçün çox faydası vardır.
Əməliyyatdan əvvəl:
Əməliyyatınızı edəcək həkiminizlə görüşməzdən əvvəl özünüzü bu əməliyyata istiqamətləndirən bütün şikayətlərinizi təyin etməyiniz çox vacibdir.
Estetik olaraq düzəldilməsi istədiyiniz problemlərin burundan nəfəs almağınızda problem olub-olmadığını, burun axıntısı və baş ağrısı şikayətlərinizi təyin etməyiniz bu əməliyyat zamanı burun bölgəsindəki digər problemlərinizin həll edilməsində kömək olacaqdır.
Burun formanızla bağlı olaraq öz təyin etdiyiniz problemləri və edilməsi istədiyiniz dəyişiklikləri həkiminizlə mütləq müzakirə etməyiniz lazımdır. Əməliyyatdan gözlədiyiniz burun forması sizin üz formanız ilə uyğun olub olmadığı, eyni zamanda hansı cərrahi texnikalarla ola biləcəyi həkiminiz tərəfindən dəqiq olaraq bildirilməlidir.Əməliyyatdan sonra gözləmədiyimiz nəticənin qarşısını almaq üçün bu müzakirənin yetərincə olması və əməliyyatınızı edəcək həkiminiz ilə edilməsi planlaşdırılan dəyişikliklər mövzusunda qarşılıqlı razılşma əldə etməyiniz ilə mümkün olacaqdır.
Əməliyyatdan sonra gips və sarğılarınızın açıldığı dövrdə ilk dəfə görəcəyiniz burun son nəticə olmayacaq, toxumalardakı şişin çəkilməsi və son hala gəlməsi istifadə edilən əməliyyat texnikasına, burun dərinizin quruluşu və əməliyyat zamanı istifadə edilən qreftlərin (buruna əlavə edilən sümük,qığırdaq kimi toxumalar) növə və miqdarına görə ilk 2-3 ayda daha sürətli olmaq üzrə, təxminən 6-12 ay çəkəcəkdir.