BURUN SINIQLARININ FƏSADLARI?

BURUN SINIQLARININ FƏSADLARI?

Burun sınıqları bütün sınıqlar arasında üçüncü, üz sümüklərinin sınıqları arasında isə birinci yeri tutur. Mərkəzi yerləşməsi və önə çıxıntıli olması buna daha çox şərait yaradır. Burun sınıqları həm ayrıca burun sümüklərinin, həm də burun çəpəri ilə birlikdə baş verə bilər. Eyni zamanda sınıqlar açıq, qapalı, yerinidəyişmiş və yerinidəyişməmiş olur.
Burun sınıqlarının ən çox rast gəlinən səbəbi davadır. Digər ən çox rast gəlinən səbəbləri- müxtəlif qəzalar, yıxılmalar və idman. Son zamanlar avtomobillərdə istifadə edilən air bag sistemləri ilə əlaqədar olan burun sınıqları da qeyd edilir. Zərbənin istiqamətindən asılı olaraq burun sınıqlarının forması da fərqlənir.
Frontal zərbə sadə burun sınıqları ilə yanaşı xarici burunun tam yastılaşmağina qədər gətirib çıxara bilər.
Lateral zərbə nəticəsində bir burun sümüyü, güclü zərbə olarsa hər ikiburun sümüyü və eyni zamanda burun çəpəri də sina bilər. Septal fraqmentlər bir-birinə keçərək repozisiyaya ciddi əngəl ola bilər.
Aşağıdan yuxari yönəlmiş zərbələr daha gec rast gəlir. Bu zaman ciddi septal sınıqlar və 4 bucaqlı qığırdağın yerindən çıxması baş verir.